Söhbət zamanı bir sıra məsələlər müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.
AYNA bu barədə "Haber Global"a istinadən xəbər verir.
Quterreş Rusiya və Ukrayna səfərləri barədə Türkiyə liderini məlumatlandırıb.
Bununla yanaşı, Ukraynaya humanitar yardımların çatdırılması, Mariupoldan dinc əhalinin təxliyəsi barədə müzakirələr aparılıb.
Türkiyə Prezidenti, həmçinin BMT baş katibini doğum günü münasibətilə təbrik edib.