Ərdoğanın Merkellə videokonfrans formatında görüşü olub

Dünya

16.09.2020 - 22:20

cedabet dərman SEO Xidməti

Görüşdə regional məsələlər müzakirə olunub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin video formatda görüşü olub.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, videokonfrans zamanı liderlər Şərqi Aralıq dənizi əsas olmaqla, regional məsələləri müzakirə ediblər. Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə problemin müzakirə və uzlaşma yolu ilə həlli mümkündür. Avropa dövlətlərinin Şərqi Aralıq dənizi məsələsində ədalətli olmalarının vacibliyini vurğulayan Türkiyə Prezidenti ölkəsinin axıradək qərarlı və prinsipial siyasət yürüdəcəyini qeyd edib.

 

Video-görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Kalın, Prezidentin icraçı katibi Hasan Doğan da iştirak ediblər.

 

Xatırladaq ki, Angela Merkel bu yaxınlarda Avropa Birliyinin Şərqi Aralıq dənizi böhranında Yunanıstanı dəstəkləməyə məcbur olduğunu söyləmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş