Ərdoğandan Finlandiya və İsveç açıqlaması: “Biz buna “hə” deyə bilmərik”

Dünya

16.05.2022 - 23:21

Prezident Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verməyəcəyini bəyan edib

“İsveç və Finlandiyanın terror təşkilatlatlarına dair açıq və aydın mövqeləri yoxdur. Hətta terrorçuları Türkiyəyə təslim etməyəcəyik deyə açıqlamaları var”. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Abdulməcid Tebbune ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı İsveçin terror təşkilatları üçün mərkəz olduğunu qeyd edərək, Türkiyənin bu iki ölkəyə inamının olmadığını vurğulayıb: “Bazar ertəsi Türkiyə gələcəklər. Nəyə gəlirlər? Bizi inandırmağa? Üzrlü saysınlar, əziyyət çəkməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmaqlarına “hə” deyə bilmərik. Onda NATO təhlükəsizıik təşkilatı deyil, terrorçuların təmsilçilərinim çoxaldığı bir yer olar. Biz buna “hə” deyə bilmərik”.

Müəllif: Ayna.az