“Xəstəlik yüngül şəkildə keçir və fəaliyyətimizi evdən davam edirik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın sağlamlıq vəziyyətləri yaxşıdır. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti özünün rəsmi tviter hesabında etdiyi paylaşımda bildirib. Dövlət başçısı yazıb ki, bu səhər də həkim müayinəsi aparılıb: “Şükürlər olsun ki, neqativ vəziyyət yoxdur. Xəstəlik yüngül şəkildə keçir və fəaliyyətimizi evdən davam edirik”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşının COVID-19 infeksiyasına yoluxması barədə məlumat dövlət başçısının özü tərəfindən fevralın 5-də yayılıb.