Ərdoğan: "Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı"

Dünya

14.05.2023 - 19:33

Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb

"Səsvermə prosesi Allaha şükür demokratiyamıza yaraşan şəkildə tamamlandı”.

AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanTwitter tviterdə bildirib.

O, deyib ki, ndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır: “Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Müəllif: Ayna.az