Ərdoğan: "Putin və Zelenski ilə təmasları davam etdirirəm"

Dünya

18.04.2022 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan hər iki tərəfin danışıqların irəliləməsinin tərəfdarı olduğunu deyib

“Biz iki qonşumuz arasında başlayan münaqişəyə son qoymaq üçün intensiv diplomatik səylər göstərdik”.

AYNA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, heyətlərin İstanbul görüşündə konkret addımlara nail olunub.

“Biz hər iki tərəfin etibar etdiyi ölkə olaraq səylərimizi davam etdiririk. Hər iki tərəf İstanbulda danışıqların irəliləməsinin tərəfdardır. Cənab Zelenski və Putinlə müntəzəm olaraq telefon danışıqlarım olur. İki liderin xüsusilə Türkiyədə görüşməsini arzuladığımı bildirirəm. Bu münaqişələr davam etdikcə təkcə itkilər deyil, həm də iqtisadi xərclər artır. İki qonşumuz arasında atəşkəs və daha sonra davamlı sülhün bərqərar olması bəşəriyyət üçün görülən ən yaxşı işlərdən biri olacaqdır”,- deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş