Ərdoğan Naxçıvana gəlir

Xəbərlər

24.09.2023 - 12:13

Zəngəzur dəhlizi gündəmdə olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasına gələcək.  AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Görüşdə Qarabağdakı lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.

Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizinin də gündəmdə olacağı qeyd edilir.

Müəllif: Ayna.az