Ərdoğan NATO-nun Baş katibini qəbul edib

Dünya

04.06.2023 - 20:06

Bölgədəki vəziyyət müzakirə olunub

İyunun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edib.

AYNA Türkiyə mediasına istinadən bildirir, Dolmabahçedə keçirilən görüş mətbuata qapalı keçirilib.

Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilib.

Müəllif: Ayna.az