“Yeni Konstitusiya çevriliş tərəfdarlarının deyil, millətin Konstitusiyası olmalıdır”
“Türkiyənin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı müzakirələr həm öz tariximizin, həm də müasirləşən dünyanın qəbul etdiyi şərtlər çərçivəsində tələb olunan reallıqdır”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayında deyib.
Ərdoğan vurğulayıb ki, millət necə Konstitusiya arzu edirsə, AKP də elə bir Konstitusiya istəyir: “Yeni Konstitusiya çevriliş tərəfdarlarının deyil, sözün əsl mənasında, millətin Konstitusiyası olmalıdır”.
Qeyd edək ki, Türkiyədə “Cümhur İttifaqı” siyasi blokunda yer alan AKP ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyənin yeni Konstitusiyasının qəbulu ilə bağlı ümumi razılığa gəliblər.