Türkiyə Prezidenti danışıqlar prosesinin dəstəklənməsinin vacibliyini vurğulayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar, eləcə də başda Rusiya-Ukrayna böhranı olmaqla regional məsələlər müzakirə edilib.
Emmanuel Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edən Türkiyə Prezidenti seçkinin nəticələrinin Fransa üçün xeyirli olmasını arzulayıb.
Türkiyə olaraq Ukraynadakı gərginliyin diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edən Prezident Ərdoğan danışıqlar prosesinin dəstəklənməsinin vacibliyini vurğulayıb.