Ərdoğan böyük fərqlə irəlidə olduğunu bildirib 

Dünya

15.05.2023 - 04:28

Türkiyə Prezidenti: “Seçkiləri birinci turda bitirəcəyimizə inanırıq”

Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğan seçkilərdə böyük fərqlə irəlidə olduğunu bildirib.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə, o, Ankarada “balkon çıxışı” zamanı deyib.

O, əsas rəqibini 2 milyon 600 min səslə geridə qoyduğunu da açıqlayıb: “Seçkiləri birinci turda bitirəcəyimizə inanırıq”.

Ərdoğan qeyd edib ki, Türkiyə bu seçkilər ilə dünyada bənzəri olmayan demokratiya və milli iradə nümunəsi göstərib. Ərdoğan əlavə edib ki, həm bu, həm də bundan sonraki seçkilərdə də vətəndaşların seçiminə hörmətlə yanaşacaq.

Müəllif: Ayna.az