Ərdoğan BMT tribunasından beynəlxalq aləmə çağırış etdi

Dünya

20.09.2023 - 04:43

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti dünya ictimaiyyətini Şimali Kiprin müstəqilliyini tanımağa səsləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından dünya ölkələrini Şimali Kipr Türk Respublikasını tanımağa və onunla diplomatik əlaqələr qurmağa çağırıb. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.

Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarında çıxışı zamanı deyib ki, Kipr türklərinin səmimi səylərinə baxmayaraq, adada federal həllin əldə oluna bilməyəcəyi fakt olaraq qalır: “Biz beynəlxalq ictimaiyyəti bunu qəbul etməyə, ŞKTR-nin müstəqilliyini tanımağa və onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş