Ərdoğan Avropa Məhkəməsini tənqid edib

Dünya

01.09.2022 - 21:46

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: "Siyasi motivli hökmlər çıxarılır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini tənqid edib.

AYNA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı ölkənin Ali Məhkəməsində çıxışı zamanı bildirib.

O, Avropa İnsan Haqları Məhkəməsini ədalət prinsiplərindən uzaq, siyasi motivli qərarlar qəbul edən struktur adlandırıb.

“Türkiyəyə gəlincə, siyasi motivli hökmlər çıxarılır. Amma Almaniya və ya Fransa ilə bağlı iddialar müzakirə olunanda tamamilə fərqli motivli qərarlar verilir”, - Ərdoğan vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş