Ərdoğan 51,43 faiz səslə öndədir

Dünya

14.05.2023 - 22:34

Türkiyədə bülletenlərin yarıdan çoxu sayılıb

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 65,72 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,43 faiz səslə öndədir.

AYNA "TRT Haber"ə istinadən xəbər verir ki, ikinci yerdə 42,74 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 45,28 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 38,08 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,86 faiz, İYİ Partiya 9,71 faiz, Yaşıl Sol Partiya 8,10 faiz səs toplayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə