Baş nazir Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək
Bu gün Baş nazir Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gəlib.
Nazirlər Kabinetindən AYNA-ya verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.