Ekvador Prezidenti İlham Əliyevi təbrik edib

Xəbərlər

27.03.2024 - 15:46

Daniel Noboa Azin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, məktubda deyilir: “Bu ilin fevral ayında Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizə böyük məmnunluq hissi ilə təbriklərimi çatdırıram.

Mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini davam etdirmək arzusunda olduğumu bildirirəm.

Ümidvaram ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün Azərbaycan xalqına firavanlıq gətirəcəkdir”.

Müəllif: Ayna.az