Əkin yeri yandıranları bu nazirliklər cəzalandıracaq - FƏRMAN

Xəbərlər

29.08.2022 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

FHN və DİN-ə cərimə tətbiq etmək səlahiyyəti verilib

Əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş