Əhməd Obalı ABŞ-da vəhşicəsinə döyülüb: “Əl və ayaqlarını hiss etmir” - FOTO

Hadisə

22.05.2023 - 04:43

“Baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb”

Əl və ayaqlarını hiss etmir, baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb

ABŞ-də vəhşicəsinə döyülmüş Əhməd Obalının qardaşı onun son vəziyyətini açıqlayıb - FOTO

ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri Əhməd Obalı vəhşicəsinə döyülüb. AYNA xəbər verir ki, Obalı Azərbaycandan ABŞ-a qayıtdıqdan bir gün sonra baş verib.

"Əhməd bəy Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik", – deyə mühacirin qardaşı Araz Obalı APA-ya bildirib.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib.

Qardaşı hazırda xəstəxanada olan Əhməd Obalının son durumu barədə də danışıb.

Qardaşı Əhməd bəyin vəziyyətinin qənaətbəxş olduğunu deyib: "Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Əl və ayaqlarını hiss etmir, baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmağa cəhd ediblər".

Əhməd Obalı ABŞ-da vəhşicəsinə döyülüb: “Əl və ayaqlarını hiss etmir” -
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə