Əhalinin sayı açıqlanıb

Xəbərlər

17.01.2025 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləridir

Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 222 002 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Müəllif: Ayna.az