Əcnəbilərə İstanbulun heç yerində yaşayış icazəsi verilmir? – XİN-dən CAVAB

Dünya

16.07.2023 - 11:16

cedabet dərman SEO Xidməti

Əcnəbilərə yaşayış icazəsi verilməsinə qadağa İstanbulun yalnız 10 rayonunda qüvvədədir

“İstanbulun bütün rayonlarında əcnəbilərə yaşamaq icazəsi (icazə sənədi) verilməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN aydınlaşdırıb ki, şəhərin yalnız 10 rayonunda yaşayış icazəsinin verilməsi dayandırılıb. Qadağa Avcılar, Bahçelievler, Başakşehir, Bağcılar, Esenler, Küçükçekmece, Sultanqazi, Zeytinburnu, Fatih və Esenyurt rayonlarına şamil edilib.

Nazirlikdən bildirilib ki, ölkənin müxtəlif bölgələrində əcnəbilərin sayı daim nəzarətdə saxlanılır.

“1 iyul 2022-ci il tarixinə Türkiyə üzrə 63 rayon, 1169 məhəllə əcnəbilərin ilkin yaşayış icazəsi alması üçün, xüsusilə İstanbulda əcnəbilərin sayının əhalinin 20 faizini keçdiyi 54 məhəllə bağlanıb”, - məlumatda deyilir.

İyulun 15-də “Milliyet” nəşri Türkiyə hakimiyyətinin bütün əcnəbilərə İstanbulun bütün rayonlarında yaşamaq icazəsinin verilməsinə qadağa qoymasından yazıb. Materialda istisnaların yalnız müalicə, təhsil və beynəlxalq ticarət üçün şəhərə gələnlərə şamil ediləcəyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş