“Duqinanı biz öldürdük” –Rusiya Azadlıq Ordusu məsuliyyəti üzərinə götürüb

Dünya

22.08.2022 - 07:35

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev qurumun bəyanatını səsləndirdi

Rusiya Azadlıq Ordusu Darya Duqinanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə özünün “YouTube” kanalında Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev bildirib.

“Rusiya ərazində törədilən digər aksiyalar kimi bu aksiya da Rusiya Azadlıq Ordusu tərəfindən reallaşdırılıb. Biz “Pospartizan” resursu ilə həmin qurumun döyüşçüləri ilə əlaqə yaratmışıq. RAO mənə öz manifestlərini oxumaq üçün vəkalət verib”, - deyə sabiq deputat qeyd edib.

Daha sonra Ponomaryev Bəyanatı oxuyub.  Sənəddə deyilir ki, Rusiya Azadlıq Ordsunun döyüşçülərini müharibə səbəbkarlarına, qarətçilərə və Rusiya xalqlarına zülm edənlərə qarşı olan fəallar, hərbçilər və siyasətçilər təşkil edir.

RAO bəyan edib ki, öz hədəfləri sırasında Putinin, Rusiyanın hökümət üzvlərinin, korrupsioner biznesmenlərin, güc strukturlarının və hərbi yük daşıyan işçilərin olduğunu açıqlayıb.

“Biz Prezident Putini hakimiyyəti ələ keçirməkdə ittiham və hərbi cinayətlərdə əli olduğunu, slavyan xalqları arasında qardaş qırğını saldığını, rus əsgərlərini labüd və mənasız ölümə göndərdiyini bəyan edirik”, - bəyanatda qeyd edilib.

Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.

Qeyd edək ki, dünən rusiyalı filosof, politoloq A.Duqinin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində Darya Duqina həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş