Dünyanın ikinci ən yaşlı adamı vəfat edib

Dünya

20.08.2022 - 03:19

Həkimlər Klinikalar SEO Xidməti

Qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir

Dünyanın ikinci ən yaşlı adamı hesab edilən Polşa vətəndaşı Tekla Yunyeviç 116 yaşında vəfat edib.

AYNA-nın xəbərinə görə, bu barədə Polşanın TVN24 kanalı məlumat yayıb.

1906-cı ildə Lvovda anadan olmuş qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir. 1945-ci ildə şəhər Ukrayna SSR-in tərkibinə daxil olduqdan sonra o, ailəsi ilə birgə Polşaya köçüb.

Hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randon hesab edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş