Azər Qarayev: “Həmin qərarı qəbul edənlər tezliklə qanun qarşısında cavab verməlidirlər”
Avstraliyada meşə yanğınlarında 1 milyard başa yaxın müxtəlif növ heyvan tələf oldu. Bu itkinin ardınca Avstraliya hökuməti belə qərar verdi ki, quraq ərazilərdə olan 10 minə yaxın dəvə mərhələli şəkildə öldürülsün. Bu qətliamla bağlı verilən qərara səbəb kimi dəvələrin mövcud su hövzələrini insanların “əlindən alması” göstərilib.
Təbii fəlakəndə milyonlarla heyvan ölür, Avstraliya buna görə qan ağlayır. Bir tərəfdən isə insanlar öz əlləri ilə başqa canlıları qətl edirlər. Bu qərar nə dərəcədə ədalətli və humanistdir? Heyvanlar arasındakı ayrı-seçkiliyə, diskriminasiyaya niyə etiraz edilmir?
Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri, ekoloq Azər Qarayev AYNA ilə söhbətində baş verən dəvə qətliamından danışıb.
“Baş verənlər təəssüf doğurur və vəhşi təbiətdəki dəvələrin öldürülməsi birmənalı şəkildə heyvanlara qarşı ayrı-seçkilikdir. Dünyada ikili standartın tətbiqi deməkdir. Zaman-zaman insanlara qarşı bu ayrı-seçkilik edilir və bunu insan haqları deyib müdafiə etmək imkanlarımız var. Amma heyvanlara qarşı ayrı-seçkiliyi hər hansı qanunla tənzimləmək iqtidarında deyilik. Bəs, hansısa heyvan növlərini öldürməyi kimlər sifariş edirlər? Müəyyən təşkilatlar var ki, heyvanların haqlarına qeyri-ciddi yanaşır, onlar konservasiya ideyasını irəli sürür, daha üstün heyvan növünün saxlanmasına və ya yox edilməsinə qərar verirlər”, - müsahibimiz bildirib.
Raminə Eyvazqızı
Pin up casino Pin-up casino giriş