Dünyada təyyarə ilə sərnişin daşınmaları artıb

Dünya

05.08.2022 - 03:28

Sərnişindaşımalar 2019-cu ildəkinin 65%-i səviyyəsinə qalxıb

İyunda aviasiya ilə sərnişin daşımaları illik əsasda 76,2% artıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

Sözügedən dövrdə hava nəqliyyatında sərnişindaşımalar 229% artaraq 2019-cu ildəkinin 65%-i səviyyəsinə qalxıb. Artımın başlıca səbəbi Asiya-Sakit okean regionunda sanitar məhdudiyyətlərin ləğv edilməsidir.

Müəllif: Ayna.az