Dünyada koronavirusa yoluxanların sayı 426 milyonu ötüb

Dünya

24.02.2022 - 04:19

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma sayına görə ABŞ birinci yerdədir

Dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 426 milyonu, koronavirusla bağlı ölüm hallarının sayı isə 5,89 milyonu keçib.

AYNA Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, bu statistikaya yalnız yoluxanların və ölənlərin sayı barədə dövlətlər tərəfindən təqdim edilmiş rəsmi məlumatlar daxildir.

Yoluxanların sayı fevralın 10-da 400 milyonu, yanvarın 8-də 300 milyonu, keçən ilin noyabrın 9-da isə 250 milyonu keçmişdi.

Məlumata görə, dünyada COVID-19-a 426 624 859 yoluxma aşkarlanıb. Son sutkada daha 1 666 103 nəfərin koronavirusa yoluxması və bu virusun yaratdığı xsətəlikdən 7 523 pasiyentin öldüyü məlum olub.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 5 899 578 nəfərə çatıb.

Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Fransa və Böyük Britaniya qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş