Ən çox yoluxma ABŞ-da qeydə alınıb
Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 210,4 milyonu ötüb.
AYNA “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 210 042 526 yoluxma aşkarlanıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 403 913 nəfərə çatıb. Virusa yoluxan 188 174 698 pasiyentin isə həyatını xilas etmək olub.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.