Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb

Dünya

03.06.2020 - 00:26

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Dünyada COVID-19-a yoluxanların ümumi sayı 6,2 milyona çatır.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

ÜST-ün məlumatına görə, son bir gündə ayrı-ayrı ölkələrdə COVID-19-a yoluxanların sayı 100 mindən çox artıb.

 

Eyni zamanda 376 mindən çox insan təhlükəli virusdan ölüb.

 

Son sutkada COVID-19-a 113 198 yeni yoluxma qeydə alınıb, 4 242 pasiyent ölüb. Beləliklə, dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 194 533, ölüm hallarının sayı 376 320 təşkil edir.

 

Dünyada təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 905 432 insan təhlükəli virusa yoluxub.

Müəllif: Ayna.az