Dünyada COVID-19-a yoluxma və ölüm halları azalıb

Dünya

06.04.2022 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 16 faiz, ölənlərin sayı isə 43 faiz azalıb

Ötən həftə dünyada 9 milyon nəfər koronavirusa (COVID-19) yoluxub, 26 min nəfər həyatını itirib. AYNA xarici mediaya istinadən bildirir ki, bu ötən həftə ilə müqayisədə azalma deməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir ki, martın 28-dən aprelin 3-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 16 faiz, ölənlərin sayı isə 43 faiz azalıb. Həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon 351 min 818 yoluxma və 26 min 285 ölüm faktı barədə məlumat daxil olub.

Pandemiyanın statistikasını aparan "Worldometer" portalının məlumatına görə, indiyədək dünyada koronavirusa 494 milyon 215 min yoluxma halı aşkarlanıb, 6 milyon 183 min 655 nəfər vəfat edib, 429 milyon 807 min nəfər isə sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş