Dünyada COVID-19-a yoluxanların sayı 8 milyona yaxınlaşır

Dünya

14.06.2020 - 11:41

Pandemiya dövründə koronavirusa yoluxan 429 min 736 nəfər ölüb

 

Dünyada COVID-19-a yoluxanların sayı 7,76 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə rəqəmlər Con Hopkins Universitetinin məlumatında yer alıb. Hazırda koronavirus pandemiyası dünyanın 188 ölkəsini əhatə edir.

 

Bu günə olan məlumata görə, dünyada 7 milyon 766 min 952 nəfər koronavirusa yoluxub. Sutka ərzində virusa yoluxanların sayı 134,1 min nəfər artıb. Pandemiya dövründə koronavirusa yoluxan 429 min 736 nəfər ölüb, 3 milyon 690 min nəfər sağalıb.

 

Yoluxmaya görə birinci yerdə ABŞ qərarlaşıb. Bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb. Virusdan ən çox ölüm də ABŞ-da qeydə alınıb. Ölkədə koronavirusa yoluxan 115 min 436 nəfər ölüb. İkinci yerdə 850,5 min nəfərlə Braziliya, üçüncü yerdə 520,1 min nəfərlə Rusiya gəlir. İlk onluğa Hindistan, Birləşmiş Krallıq (Böyük Britaniya), İspaniya, İtaliya, Peru, Fransa və Almaniya daxildir.

Müəllif: Ayna.az