Dünya Bankı Ukraynaya 350 milyon dollar vəsait ayırır

Dünya

20.02.2022 - 07:50

Həkimlər Klinikalar SEO Xidməti

Vəsaitin ayrılması müvafiq islahatlarla müşayiət olunmalıdır

Dünya Bankı Ukraynada aparılan islahatları dəstəkləmək üçün bu ölkəyə martın sonunadək 350 milyon dollar vəsait ayıracaq.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Münhen Təhlükəsizlik konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Dünya Bankının prezidenti Devid Melpas bildirib.

Bankın saytında yayılan məlumata görə, Melpas Dünya bankının Ukraynaya operativ qaydada 350 milyon dollar ayrılması məsələsini martın sonunadək müzakirə edəcək. Qeyd olunur ki, vəsaitin ayrılması müvafiq islahatlarla müşayiət olunmalıdır. Energetika və ekologiya sahəsində islahatlar xüsusilə vacibdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş