Dünən törədilən 96 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

13.01.2022 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 12-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 96 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş