Dünən 26 nəfər şənliklərə buraxılmayıb

Xəbərlər

10.02.2022 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

78 toy şənliyinin monitorinqi aparılıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri fevralın 9-da Bakıda və respublikanın digər ərazisində 78 toy şənliyinin monitorinqini aparıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinq 77 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

COVID-19 pasportu olmadığına görə 26 nəfər şənliklərə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş