Saxlanılan təyyarə Ural Hava Yollarına məxsus "Airbus A319" -dur
Krasnoyarskdan Moskvaya uçan Ural Hava Yollarına məxsus "Airbus A319" təyyarəsi Dubayda saxlanılıb. AYNA qeyd edir ki, məlumatı “Kommersant-Ural" "Telegram” kanalı verib.
Qeyd edilib ki, Birləşmiş Ərəb Əmirliklərinin aviasiya xidməti təyyarə ilə bağlı sənədləri yoxlayır.
Aviaşirkətdən bildirilib ki, layner 80 sərnişini Rusiyaya gətirməli idi: "Sərnişinlərin sənədləri yoxlanılır. Biz BƏƏ-nin aviasiya orqanları ilə əlaqə saxlayırıq".
Təyyarənin icarəyə götürüldüyü bildirilir.
Daha əvvəl Rusiyanın Ombudsmanı Tatyana Moskalkova bildirib ki, hava məkanının bağlanması səbəbindən Rusiyaya qayıda bilməyən xaricdəki ruslardan ona çoxlu sayda müraciətlər daxil olub. Ombudsman həmvətənlərinin tezliklə geri qayıda biləcəklərinə əminlik ifadə edib.