Vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib. AYNA xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:
Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
30 yaşı keçməməli;
Fiziki cəhətdən sağlam olmalı;
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.