"Döyüşlər ağır olacaq, lakin Ukrayna öz qələbəsinə inanır"

Dünya

09.04.2022 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski: "Mübarizə üçün məsuliyyəti öz üzərimə götürə bilərəm"

Ölkənin cənubunda və şərqində döyüşlər ağır olacaq, lakin Ukrayna öz qələbəsinə inanır.

AYNA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyanın federal kansleri Karl Neqammerlə görüşün yekunlarına dair brifinqdə deyib.

O, Ukraynanın döyüşməyə və paralel olaraq Rusiya ilə dialoq aparmağa hazır olduğunu bildirib.

"Ukrayna həmişə danışıqlara hazır olduğunu və müharibəni dayandırmaq üçün istənilən yolları axtaracağını bildirib. Eyni zamanda, təəssüf ki, biz dövlətimizin şərqində mühüm, necə deyərlər, həlledici döyüşə hazırlıq görürük. Bunu söyləmək mənim üçün çətindir və proqnozlarla bağlı məsuliyyəti öz üzərimə götürmək istəmirəm. Dövlətimizin müdafiəsi və daim nümayiş etdirdiyimiz mübarizə üçün məsuliyyəti öz üzərimə götürə bilərəm”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, paralel olaraq Ukraynanın şərqində və cənubunda Rusiya qoşunlarının toplanması davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş