Dövlət və hökumət rəsmiləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Xəbərlər

20.01.2022 - 12:45

Dövlət rəsmiləri şəhidlərə ehtiramlarını bildiriblər

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. AYNA xəbər verir ki, dövlət və hökumət nümayəndələri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Müəllif: Ayna.az