Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

Xəbərlər

01.06.2022 - 09:09

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət sərhədində mövqelərimiz mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən AYNA-ya bildirilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş