Dövlət rabitə operatorlarının Çağrı mərkəzləri işləməyəcək

Xəbərlər

14.05.2022 - 22:07

Həkimlər Klinikalar SEO Xidməti

Mayın 14-dən 15-nə keçən gecə müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq

"155" çağrı mərkəzinin, o cümlədən "109" məlumat xidmətinin işini təkmilləşdirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə may ayının 14-dən 15-nə keçən gecə saat 01:00-dan 08:00-dək texniki-profilaktik işlər həyata keçiriləcək. "Baktelecom"dan AYNA-ya verilən məlumata görə, bu müddət ərzində müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq.

"Aztelekom"dan da bildirilib ki, profilaktik işlər qeyd edilən vaxtda müəssisəyə aid "170" Çağrı mərkəzi üzrə də aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş