Dövlət katibi Vaşinqtonun Ukrayna müharibəsi barədə mövqeyini açıqlayıb

Dünya

12.05.2025 - 11:33

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır”

“ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

Hindistan və Pakistan arasında gərginləşən münaqişəni də müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlamasının və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanı rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə baş tuta biləcək danışıqlara dərhal razılaşmağa çağırıb. Rusiya lideri isə Ukrayna hakimiyyətinə 2022-ci ildə dayandırılan İstanbul danışıqlarını ilkin şərt olmadan bərpa etməyi təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş