Dövlət başçısı: “Ərzaq almağa pulumuz yoxdur”

Dünya

26.05.2020 - 13:45

Nigeriya aclıq təhlükəsi ilə üz-üzə qalıb

 

Afrika ölkəsi olan Nigeriya aclıq təhlükəsi ilə üz-üzə qalıb. Koronavirus pandemiyası başlayandan bu yana, ərzaq qiymətlərinin qalxdığı Nigeriyada, dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən hökumət böyük gəlirlər itirib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, neftin qiymətindəki enmə, artan qida təhlükəsizliyi və yüksələn ərzaq qiymətləri ölkədə aclıq böhranı yaradıb.

 

Nigeriyanın dövlət başçısı Məhəmməd Buxari ölkəsinin ərzaq idxal etməyə pulunun olmadığını bildirərək, fermerləri Nigeriyaya lazım olan qədər məhsul istehsal etməyə çağırıb.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 200 milyon əhalisi olan Nigeriyada əvvəllər də yetəri qədər ərzaq məhsulu istehsal edilmədiyini, pandemiya səbəbindən istehsalın daha da gerilədiyini açıqlayıb.

Müəllif: Ayna.az