Əvvəllər məhkum olunmuş Yardımlı sakini saxlanılıb
Avtomobildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.