Diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşaya gediblər

Xəbərlər

18.04.2025 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin QaraXankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.

AYNA.AZ xəbər verir ki, nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edəcək, Qarabağ Universitetinin tələbələri ilə görüşəcəklər.

Xankəndi şəhəri ilə tanışlıqdan sonra xarici korpusun nümayəndələri Şuşaya şəhərinə səfər edəcək və orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.

Diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşaya gediblər
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş