DİN-dən təslim olan erməni hərbçilər barədə AÇIQLAMA

Xəbərlər

24.09.2023 - 14:09

Təslim olan erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

20 senyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaqdır.

Müəllif: Ayna.az