DİN Bərdədə zibillikdə tapılan qadınla bağlı açıqlama yayıb

Xəbərlər

27.04.2022 - 21:49

Həkimlər Klinikalar SEO Xidməti

Qadın dərhal xəstəxanaya yerləşdirilib

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş