DİM rəhbəri abituriyent və valideynlərə müraciət edib

Xəbərlər

11.08.2023 - 12:01

cedabet dərman SEO Xidməti

"Valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin"

“Abituriyentlər hansı sahədə özlərini mütəxəssis kimi görmək istəyirlərsə, o istiqamətdə ixtisas seçməlidirlər”. AYNA “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar: “Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş