DİM hakim olmaq istəyən namizədlərə müraciət edib

Xəbərlər

25.05.2022 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

“İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) hakim vəzifəsinə qəbul olmaq üçün imtahan vermək istəyən namizədlərə müraciət edib.

DİM-dən AYNA-ya bildirilib ki, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər mayın 25-dən iyunun 7-dək bu keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Test imtahanı iyunun 8-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş