Test imtahanından müvəffəqiyyətlə keçən namizədə sertifikat veriləcək
İnzibati vəzifələrin B növünə aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün fevralın 13-də keçirilən test imtahanının nəticələrinə apellyasiyada baxılacaq. Apellyasiya Komissiyası fevralın 15-dən 17-dək saat 14:00-dan 17:00-a qədər Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299) fəaliyyət göstərəcək. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Namizəd sertifikatı əldə etmək üçün fevralın 15-dən 28-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.