İnformatika fənnindən imtahan modeli təsdiq edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılmış işçi qrupu informatika fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanmış qəbul proqramına uyğun imtahan modelini təsdiq edib. Bu barədə AYNA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə DİM-in saytında (Azərbaycan və rus dillərində) tanış olmaq mümkündür.