Qızın meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb
Daşkəsəndə intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Astaf kəndində qeydə alınıb.
2011-ci il təvəllüdlü Nərmin Həsənova yaşadığı evdə özünü asıb.
Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.