Dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib - VİDEO

Xəbərlər

01.07.2023 - 12:21

cedabet dərman SEO Xidməti

Xilasetmə əməliyyatına “Astara” dalğıc-axtarış qrupu cəlb edilib

Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə yaxınlıqda xidmət aparan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü İsmayıl Əsgərov, 1996-cı il təvəllüdlü Şiraz Qəribov və 1996-cı il təvəllüdlü Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş